...

Ermənistan ordusunun Azərbaycan ərazilərini atəşə tutması sülh prosesinə vurulan növbəti zərbədir - Sahil Kərimli (FOTO/VİDEO)

Siyasət Materials 10 Sentyabr 2022 15:03 (UTC +04:00)
Ermənistan ordusunun Azərbaycan ərazilərini atəşə tutması sülh prosesinə vurulan növbəti zərbədir - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan ordsunun Azərbaycan ərazilərini atəşə tutması sülh prosesinə vurulan növbəti zərbədir. Ermənistanın hərbi siyasi rəhbərliyi bununla yenə riyakarlıq edir, sülh müqaviləsinin imzalanması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə kölgə salır.

Bunu Yeni TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan dövləti böyük humanistlik göstərərək 5 ermənini təhvil verdi. Hansı ki, həmin ermənilər kapitulyasiya aktından sonra suveren Azərbaycan ərazilərində hərbi cinayətlər törətdikləri üçün məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə müvafiq cəza almışdılar.

"Amma Azərbatcan bu dəfə də Ermənistana böyük güzəşt etdi, hərbçiləri qaytararaq jest göstərdi. Bu, həm də sülh prosesinə böyük töhfə idi. Təəssüf ki, uzadılan sülh əlinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini intensiv atəşə tutur. Bu, odla oynamaq, Azərbaycanın səbrini sınamaq deməkdir. Görünür, Ermənistan rəhbərliyi Azərbaycanın hərbi qüdrətini unudur və hər an ən sarsıdıcı zərbə ala biləcəklərini düzgün hesablamır. Bu gün müdafiə naziri ordu komandirləri ilə müşavirə keçirib, düşmənin təxribatlarına hazır olmağı, sərt və adekvat cavab verməyi tapşırıb. Şübhə yoxdur ki, hərbi təxribatlar davam edərsə, düşmən anındaca məhv ediləcək.

Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh prosesinin irəli aparılması, sülh müqaviləsinin imzalanması qaçılmazdır. Bu, gec-tez baş verəcək, özü də Azərbaycanın irəli sürdüyü şərtlər altında. Əgər Ermənistan tərəfi hesab edirsə ki, bu təxribatlarla Azərbaycana təzyiq edir, danışıqlar masasında üstünlük qazanır, kökündən yanılır. Bu tip qeyri konstruktiv addımlar əbəsdir və heç bir nəticə verməyəcək", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti