...

Britaniya və Fransa enerji böhranının nəticələrinə qarşı birgə mübarizə aparacaq

Siyasət Materials 11 Sentyabr 2022 02:16 (UTC +04:00)
Britaniya və Fransa enerji böhranının nəticələrinə qarşı birgə mübarizə aparacaq

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla ilk telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Britaniya baş nazirinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı onlar iki ölkənin qlobal enerji böhranının nəticələrinə qarşı birgə mübarizəni davam etdirəcəkləri barədə razılığa gəliblər.

Qeyd olunub ki, London və Paris müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti