...

ATƏT Azərbaycan-Ermənistan sərhədindəki eskalasiyanı dərhal dayandırmağa çağırır

Siyasət Materials 13 Sentyabr 2022 12:54 (UTC +04:00)
ATƏT Azərbaycan-Ermənistan sərhədindəki eskalasiyanı dərhal dayandırmağa çağırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan sərhədindəki hərbi eskalasiyanı dərhal dayandırmaq lazımdır.

Trend-in məlumatına görə, bu barədə Polşanın ATƏT-dəki sədrliyinin bəyanatında deyilir.

"Diplomatik yolla əldə olunmuş uğurlar əldən buraxılmamalıdır. Polşanın ATƏT-dəki sədrliyi əvvəlki kimi dayanıqlı həllin əldə olunması üçün kömək göstərməyə hazırdır.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti