...

Fransa Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

Siyasət Materials 13 Sentyabr 2022 13:42 (UTC +04:00)
Fransa Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

Bakı. Trend:

Fransa Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırır.

Trend-in məlumatına görə, bu barədə TASS agentliyi Yelisey sarayına istinadən məlumat verir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti