...

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına başsağlığı verib

Siyasət Materials 14 Sentyabr 2022 18:27 (UTC +04:00)
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına başsağlığı verib

Bakı. Trend:

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respubikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya zəng edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı Ş.Malkoç azərbaycanlı həmkarına ötən gün Ermənistanın təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

O, şəhidlərə rəhmət diləyərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti