...

İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə iş dayanmayıb - Zaxarova

Siyasət Materials 15 Sentyabr 2022 15:18 (UTC +04:00)
İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə iş dayanmayıb - Zaxarova

Bakı. Trend:

İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə iş indiki gərginliyə baxmayaraq, dayanmayıb.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Bu, başlıca prioritetdir. Rusiya tərəfi zəruri köməyi göstərir", - deyə o bildirib.

M.Zaxarova xatırladıb ki, ATƏT Minsk qrupunun rusiyalı həmsədri, Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, sentyabrın 13-14-də İrəvanda səfərdə olub.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu sülh müqaviləsinin layihəsi olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti