...

Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Siyasət Materials 22 Sentyabr 2022 17:07 (UTC +04:00)
Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Ternd:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış edib.

Ombudsman Aparatından Trend-ə daxil olan məlumatda deyilir:

"22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib.

Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir.

Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti