...

Prezident İlham Əliyev: IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq (YENİLƏNİB)

Siyasət Materials 1 Oktyabr 2022 13:57 (UTC +04:00)
Prezident İlham Əliyev: IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq (YENİLƏNİB)

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı deyib.

"Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.

Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir", - dövlət başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti