...

Qarabağ dünyanın mina problemində niyə yeni həllə ehtiyac duyduğunun bir nümunəsidir - "Al-Jazeera"

Siyasət Materials 2 Oktyabr 2022 15:48 (UTC +04:00)
Qarabağ dünyanın mina problemində niyə yeni həllə ehtiyac duyduğunun bir nümunəsidir - "Al-Jazeera"

Bakı. Trend:

Qarabağ dünyanın mina problemində niyə yeni həllə ehtiyac duyduğunun bir nümunəsidir.

Trend xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalının məqaləsində deyilir.

Bildirilir ki, Ukraynanın şərqində müharibənin başlamasından 8 il sonra Kiyev ciddi mina problemi ilə üzləşib. Təxminən 160 min kvadrat kilometr ərazi minalarla çirklənib, buna görə də Ukrayna hazırda dünyada minaların ən çox olduğu ölkələrdən biridir. Müqayisə üçün qeyd edək ki, bu ərazi İrlandiyadan demək olar ki, iki dəfə böyükdür.

"Mina probleminin miqyasını qiymətləndirmək üçün Cənubi Qafqazda Qarabağ bölgəsinə nəzər salın. 1990-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında baş vermiş birinci Qarabağ müharibəsindən sonra bura Yer kürəsində ən çox minalanmış ərazilərdən birinə çevrildi. 2020-ci ilin sonunda Azərbaycan birinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi torpaqlarını azad etdi. O vaxtdan Azərbaycan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə başlayıb. Bu günə kimi 514 kvadrat kilometr ərazi minalardan təmizlənib. Əla nəticə kimi görünə bilər, lakin 11,270 kv. km hələ də yaşayış üçün yararsızdır", - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, minatəmizləmə ilə bağlı problem xərclərdədir. Azərbaycan bu fəaliyyəti maliyyələşdirmək üçün əksər ölkələrlə müqayisədə daha yaxşı iqtisadi vəziyyətdədir, lakin cəmi iki il ərzində 514 kvadrat kilometr ərazini təmizləyə bilib. Ümumilikdə minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr bunu ən az edə bilən ölkələrdir, çünki münaqişələr zamanı ərazilərin minalanması iqtisadiyyata da xələl gətirir. Maliyyələşdirməni təmin etmək üçün 2030-cu ilə qədər 17 qlobal məqsədlə yanaşı, minasız dünya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çevrilməlidir.

"Bu ideya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən bu ilin əvvəlində Bakıda təşkil olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Humanitar Konfransda irəli sürülüb və müzakirə olunub. Nə hazırkı beynəlxalq razılaşmalar, nə də milli proqramlar kifayət edir.

Minalardan təmizləmə monitorinqinin hesabatına əsasən, 2020-ci ildə dünya üzrə cəmi 153,4 kvadrat kilometr ərazi minalardan təmizlənib. O, həmçinin milli minatəmizləmə proqramlarının dörddə birindən azını “yaxşı” və ya “çox yaxşı” kimi qiymətləndirib; qalanları əhəmiyyətli irəliləyiş əldə etmək üçün çox az maliyyələşdirilib. Bu, Ukraynaya yaxşı heç nə vəd etmir.

Bununla belə, minalardan təmizləməyə DİM statusu verilsə, bəhrələri dərhal hiss olunacaq", - deyə məqalədə bildirilir.

Məqalədə vurğulanır ki, minalanmış ərazilər yeni problem deyil. Ancaq yeni bir həll lazımdır. Əgər biz nə vaxtsa bunlardan azad bir dünya görmək istəyiriksə, onlara texniki və ya hərbi deyil, sosial inkişaf problemi kimi baxmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti