...

Azərbaycan və Ukrayna hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu xüsusda heç bir dəyişiklik yoxdur - XİN

Siyasət Materials 3 Oktyabr 2022 17:40 (UTC +04:00)
Azərbaycan və Ukrayna hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu xüsusda heç bir dəyişiklik yoxdur - XİN

Bakı. Trend:\

Azərbaycan Respublikası xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələrlə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, "Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?" sualına L.Abdullayeva belə cavab verib:

"Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti