...

Azərbaycanla münasibətlər İsrail hökuməti üçün prioritetdir - "The Jerusalem Post"

Siyasət Materials 4 Oktyabr 2022 12:18 (UTC +04:00)
Azərbaycanla münasibətlər İsrail hökuməti üçün prioritetdir - "The Jerusalem Post"
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla münasibətlər İsrail hökuməti üçün prioritetdir və strateji əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bu barədə israilli hərbi jurnalist Set Frantsmanın "The Jerusalem Post" qəzetində dərc olunan məqaləsində deyilir.

Materialda qeyd olunur ki, İsrailin müdafiə naziri Beni Qants İsrailin Bakı ilə münasibətləri üçün mühüm bir dövrdə Azərbaycana səfər edib.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, səfər təhlükəsizlik məsələlərinə həsr olunub və ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.

Səfər zamanı Qants İsrailin Türkiyə ilə barışmasından da danışıb. Materialda qeyd olunur ki, bunlar iki ölkə arasında münasibətlər üçün çox mühüm addımlardır.

"Azərbaycan-İsrail münasibətləri yeni deyil və Bakı İsrail üçün əsas tərəfdaş olaraq qalır. Təl-Əviv Universitetinin Moşe Dayan Mərkəzinin bu yaxınlarda dərc olunmuş məqaləsində qeyd olunur ki, "İsrail Azərbaycanı özünün əsas enerji mənbəyinə çevirib". Azərbaycan neftinin əsas idxalçılarından biri olmaqla İsrail neftə olan daxili tələbatının yarıdan çoxunu ödəyir”, - məqalədə deyilir.

Müəllif yazır ki, bu əlaqələrin bir çox başqa aspektləri də var, o cümlədən Azərbaycanın mövqeyi coğrafi baxımdan da önəmlidir. İsraillə Türkiyə arasında əlaqələr son on ildə xeyli zəifləyib, lakin İsrailin Azərbaycanla əlaqələri bu günə qədər güclü olaraq qalır.

"Bu, iki ölkə arasında münasibətlərin bir çox dəyişikliklərdən keçdiyini göstərir. Aydındır ki, İsrail-Azərbaycan münasibətləri getdikcə güclənir. İsrail üçün bu, hansısa strateji oyun deyil, ölkənin zəruri tələbatları var. Onun regionda dostlara ehtiyacı var və BƏƏ, Bəhreyn, Azərbaycan, Misir və Mərakeş kimi ölkələrlə, həmçinin İordaniya və Türkiyə ilə isti münasibətləri inkişaf etdirmək istəyir”, - məqalədə deyilir.

Beləliklə, müəllif qeyd edir ki, bütün hazırkı reallıqlarla İsrail təkcə Bakı ilə münasibətlərin çiçəklənməsini deyil, həm də bunun gələcəkdə daha da möhkəmlənməsini istəyir və bununla bağlı B.Qantsın səfəri böyük əhəmiyyət kəsb edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti