...

Prezident İlham Əliyev: Ağdam Cümə məscidinin dağıdılmamasının səbəbi o idi ki, ermənilər onu müşahidə üçün istifadə edirdilər

Siyasət Materials 5 Oktyabr 2022 11:30 (UTC +04:00)
Prezident İlham Əliyev: Ağdam Cümə məscidinin dağıdılmamasının səbəbi o idi ki, ermənilər onu müşahidə üçün istifadə edirdilər

Bakı. Trend:

Ağdam Cümə məscidinin dağıdılmamasının səbəbi o idi ki, ermənilər onu müşahidə üçün istifadə edirdilər.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

Dövlət başçısı qeyd edib: "Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti