...

Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2022 14:03 (UTC +04:00)
Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

Bakı. Trend:

Noyabr ayında Brüsseldə Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Praqada keçirilən görüşdə gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti