...

Milli Məclis sahibkarlıqla bağlı yeni qanun layihəsini ilk oxunuşda təsdiq etdi

Siyasət Materials 11 Oktyabr 2022 16:11 (UTC +04:00)
Milli Məclis sahibkarlıqla bağlı yeni qanun layihəsini ilk oxunuşda təsdiq etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sahibkarlıqla bağlı yeni hazırlanmış qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti