...

Türkiyədə yalan xəbərlərlə bağlı həbs cəzasının tətbiqi internet məkanında saxta məlumatların qarşısını alacaq - Türkiyəli politoloq

Siyasət Materials 14 Oktyabr 2022 14:24 (UTC +04:00)
Türkiyədə yalan xəbərlərlə bağlı həbs cəzasının tətbiqi internet məkanında saxta məlumatların qarşısını alacaq - Türkiyəli politoloq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə internet məkanının tənzimləməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında səs çoxluğu ilə qəbul edilib. İnternet məkanının tənzimləməsi ilə bağlı qanun layihəsinin 29-cu maddəsinə görə yalan məlumatlar yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası veriləcək.

Məsələ ilə bağlı bu gün Trend-in suallarını cavablayan türkiyəli politoloq, Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun qeyd edib ki, Türkiyə sosial media vasitələrinin çox istifadə edildiyi bir ölkədir.

“Bu hal internet üzərindən yalan xəbər və informasiyaların yayılmasına da zəmin yaradır. Sosial mediada əsl adı bəlli olmayan, sadəcə saxta məlumatlar yayanlar mövcuddur. Bəzən bunların bütünlüklə qarşısını almaq mümkün olmur. Təbii ki, tək-tək insanlar bunula bağlı məhkəməyə, qanuna müraciət edə bilir. Lakin bu proseslər çox uzun zaman alır. Dünən Türkiyə Böyük Millət Məclisində internet məkanın tənzimləməsi ilə bağlı qəbul edilən qərar çərçivəsində bu kimi halların qarşısı alına bilər. İctimaiyyətdə narahatlıq doğuran, ictimai asayişlə bağlı məsələlərdən əlavə, dövlətlə bağlı həqiqəti əks etdirməyən fikirlərin yayıldığının dəfələrlə şahid olumuşuq. Hətta yalnız sosial mediada yox, bütünlüklə internet məkanında bunu görə bilərik. Məsələn, Türkiyənin bir bölgəsində çıxan yanğınla bağlı o bölgə ilə heç əlaqəsi, məlumatı olmayan və Türkiyə dövlətinin bu yanğının qarşısını ala bilmək potensialından xəbəri olmayan şəxslər beynəxlaq ictimaiyyətə əks olunacaq bir formada saxta xəbərlər yayırlar. Bunun kimi misallar təəssüf ki, çoxdur. Bu nöqtədə reallığı əks etdirməyən, yanlış məlumatların qarşısını almaq istiqamətində belə bir qərarın verilməsi çox müsbət bir addımdır”, – deyə S.Yeniacun əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti