...

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)

Siyasət Materials 17 Oktyabr 2022 15:47 (UTC +04:00)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)

Bakı. Trend:

Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı millət vəkili vətəndaşları fərdi və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, sosial yardımın bərpa edilməsi, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsi ilə əlaqədar yardım göstərilməsi, vətəndaşa hüquqi dəstəyin göstərilməsi, məhəllədəki su və kanalizasiya sisteminin təmir olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda deputat K. Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti