...

Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin vacibliyi haqqında

Siyasət Materials 21 Oktyabr 2022 16:52 (UTC +04:00)
Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin vacibliyi haqqında

Bakı. Trend:

Bu gün məhz Cənubi Qafqazda Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yolayrıcı formalaşır.

Trend-in Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Bunun baş verəcəyi təqdirdə Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatları coğrafi mövqelərinin verdiyi üstünlüklə əlaqədar əlavə gəlirlər əldə edəcək. Bu baxımdan, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirəcək nəqliyyat yolunun açılması mühüm rol oynayacaq", - deyə o bildirib.

A.Overçuk qeyd edib ki, Azərbaycan və İran sərhəddə körpülərin tikintisinə başlayıb, bu körpülər iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin etməyə imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti