...

Prezident İlham Əliyevə təşəkkür borcumuz var - Viktor Orban

Siyasət Materials 11 Noyabr 2022 11:01 (UTC +04:00)
Prezident İlham Əliyevə təşəkkür borcumuz var - Viktor Orban
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək edir.

Trend-in məlumatına görə, bunu bu gün Macarıstanın Baş naziri Viktor Orban "Twitter" hesabında qeyd edib.

"Türk dövlətləri Səmərqənddədir. Bizə müharibə və sanksiyalar əvəzinə sülh və əməkdaşlıq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında uğurlu vasitəçilik edən yeganə liderdir. Azərbaycan Prezidenti İlham Əliyev Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək edir. Onlara təşəkkür borcumuz var!",- deyə V.Orban qeyd edib.

Xatırladaq ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti