...

Türkiyə dövlətinin bütün bölmələri hücumu törədənlərin üzə çıxarılması üçün çalışır - Çavuşoğlu

Siyasət Materials 13 Noyabr 2022 21:25 (UTC +04:00)
Türkiyə dövlətinin bütün bölmələri  hücumu törədənlərin üzə çıxarılması üçün çalışır - Çavuşoğlu

Bakı. Trend:

Türkiyə dövlətinin bütün bölmələri bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

"İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun. Dövlətimizin bütün bölmələri bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti