...

Azərbaycan və BƏƏ-nin Daxili İşlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb

Siyasət Materials 18 Noyabr 2022 17:58 (UTC +04:00)
Azərbaycan və BƏƏ-nin Daxili İşlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması məqsədilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 15-17 noyabr tarixlərində bu ölkədə səfərdə olub.

Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.
Sənəd hər iki dövlətin milli qanunvericiliyinə əsasən keçirilən müvafiq prosedurların tamamlanmasından sonra qüvvəyə minəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti