...

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gündəm Materials 27 Noyabr 2022 09:38 (UTC +04:00)
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı. Trend:

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti