...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib

Siyasət Materials 27 Noyabr 2022 23:00 (UTC +04:00)
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfəri başlayıb.

Trend-in məlumatına görə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl məlumat vermişdi ki, iki dövlət liderləri Moskvadan videokonfrans vasitəsilə Orenburqda keçiriləcək iki ölkə arasında regionlararası əməkdaşlıq forumunun iştirakçılarına müraciət edəcəklər.

İki dövlətin liderləri mətbuata birgə bəyanatla çıxış edəcək, danışıqlar aparacaq, bundan sonra işçi səhər yeməyi formatında ünsiyyəti davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti