...

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ağdama səfər ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Noyabr 2022 14:31 (UTC +04:00)
Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ağdama səfər ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin Ağdama səfəri başa çatıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdam şəhərinə səfəri zamanı ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələri ilə tanış olduqdan sonra yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə yaxından baxış keçiriblərr.

Daha sonra qonaqlar Pənahəli xanın İmarət kompleksini, Xurşud Banu Nətavanın məzarını, Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra qonaqlar İmarət abidə kompleksində olublar.

Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan respublikası Prezidentinin xüsusi nümayəndəliyindən Araz İmanov gələn qonaqları Ağdamın Baş planı ilə tanış edib, hazırda rayonda gedən tikinti quruculuq işlərindən məlumat verib.

Qonaqların Ağdam səfərindən sonra Noyabrın 29-da Şuşa-Füzuli şəhərlərinə də səfərləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti