...

Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb

Siyasət Materials 30 Noyabr 2022 08:13 (UTC +04:00)
Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb

Bakı. Trend:

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti