...

Ceyhun Bayramov Lavrovla görüşəcək - Zaxarova

Siyasət Materials 30 Noyabr 2022 16:17 (UTC +04:00)
Ceyhun Bayramov Lavrovla görüşəcək - Zaxarova

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, XİN rəhbərləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edəcək.

"Bundan başqa, bir sıra aktual regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur. Əsas diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il üçtərəfli bəyanatların icrasına yönəldiləcək. Bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşmasını təmin edəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti