...

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə səsləndirdiyi mesajlar - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 26 Dekabr 2022 18:09 (UTC +04:00)
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə səsləndirdiyi mesajlar - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində, Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı keçirilirdisə, tarixi zəfərimizdən sonra bu problem aradan qaldırıldı. İllərlə həsrətlə gözlədiyimiz Böyük Qayıdış reallığa çevrildi. Hazırda tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir...".

Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə səsləndirdiyi mesajlar" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Məlahət İbrahimqizi - Qərbi Azərbaycan İcmasının qadınlar şurasının sədri, Milli Məclisin deputatı, Flora Xəlilzadə - əməkdar jurnalist, Miraslan Bəkirli - telejurnalist, publisist və Telli Pənahqızı - əməkdar mədəniyyət işçisi, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=QHS_Li31WT0&ab_channel=AZTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti