...

Qlobal Bakı Forumu mühüm müzakirələr üçün platforma qəbul edilib - Peyanoviç-Durişiç

Siyasət Materials 11 Mart 2023 12:34 (UTC +04:00)
Qlobal Bakı Forumu mühüm müzakirələr üçün platforma qəbul edilib - Peyanoviç-Durişiç
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumu dünyamızda mühüm dəyişikliklərə səbəb ola biləcək açıq müzakirələrin aparıldığı platforma olaraq qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Monteneqronun keçmiş müdafiə naziri Militsa Peyanoviç-Durişiç X Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Balkan yarımadasının Avropa İttifaqı (Aİ) kontekstində roluna həsr olunmuş müzakirələrin keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirib.

"İndiyədək Balkanlarda bir sıra problemlər, o cümlədən Avropaya inteqrasiya məsələsi, həmçinin geosiyasi problemlər mövcuddur ki, ölkəyə və bütünlükdə regiona mənfi təsir göstərdikləri müşahidə olunmağa davam edir", - Peyanoviç-Durişiç qeyd edib.

O, forumda aparılan fikir mübadiləsinin əməkdaşlığın dərinləşməsinə səbəb olacağına ümid etdiyini bildirib.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti