...

Paşinyan Azərbaycan bayrağının yandırılmasına görə şokdadır və sanksiyalardan qorxur - TƏFƏRRÜATLAR

Siyasət Materials 15 Aprel 2023 14:35 (UTC +04:00)
Paşinyan Azərbaycan bayrağının yandırılmasına görə şokdadır və sanksiyalardan qorxur - TƏFƏRRÜATLAR
Trend-in siyasət şöbəsi
Trend-in siyasət şöbəsi
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılışından öncə Azərbaycan bayrağına qarşı törədilən təxribat erməni baş nazir Nikol Paşinyanı şoka salıb.

Belə ki, şəbəkələrdə birbaşa mükafatlandırma mərasimindən video yayılıb. Videonu Paşinyanın ətrafından kimsə çəkib. Kadrlardan görünür ki, Aram Nikolyan Azərbaycan bayrağını yandıranda Paşinyan panika içərisində yerindən sıçrayaraq isterik şəkildə qollarını yelləyərək yerindəcə mühafizəyə nəsə qışqırıb. Görünür, Ermənistanın baş naziri baş verənlərdən hərfiyyən özünü itirib.

Artıq bu gün erməni mediası bildirib ki, Ermənistanın baş nazirinin aparatından Nikolyanın işlədiyi erməni İctimai Televiziyasına yaxın zamanda onu işdən azad etmək barədə tapşırıq daxil olub. Bununla belə telekanalın spikeri bu xəbəri şərh etməkdən imtina edib, lakin Nikolyanın işdən azad ediləcəyini təkzib də etməyib.

Bu hadisələr Paşinyanın baş verənlərə görə necə panika və çaşqınlıq içərisinə düşdüyünü açıq-aydın göstərir. O bu hadisəni törətmiş əclafdan fərqli olaraq İrəvanı hansı aqibətin gözlədiyini yaxşı başa düşür. Paşinyan çox gözəl anlayır ki, artıq Ermənistan bu səviyyədə böyük beynəlxalq yarış və tədbirlər görməyəcək. O çox gözəl başa düşür ki, Azərbaycan baş verənləri belə saxlamayacaq. Paşinyan dərk edir ki, bu ədəbsizliyə görə erməni idmançılarına, ola bilsin ki, Ermənistanın özünə də qarşı sanksiyaların tətbiq edilməsi tamamilə realdır, sanksiyalardan isə o hər şeydən çox qorxur. Son günlərdə erməni baş nazirin davranışlarında və qəbul etdiyi qərarlardakı bu cür qəribəlikləri də məhz onu iflic edən bu qorxu izah edir.

Bununla belə, Paşinyan tərəfindən Nikolyanın işdən azad edilməsi artıq heç nəyi həll etmir və vəziyyəti iki gün öncəsinə qaytarmayacaq. Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi erməni ictimaiyyətinin Azərbaycanla münasibətlərin normallaşmasına həqiqi baxışını əks etdirən, qəsdən törədilmiş təxribatdır. Ermənistan hakimiyyəti bir tərəfdən özlərini dünyanın gözündə sülh tərəfdarı kimi göstərmək, digər tərəfdən isə regionda bütün etdiklərinə və Qərbin məhdudiyyətlərindən yan ötərək Rusiyaya kömək göstərdiyinə görə sanksiyalardan yayınmaq üçün böyük səy göstərir. Artıq bütün bu işlər cığırından çıxıb: dünya erməni milliyyətçilərin əsl üzünü gördü və İrəvana qarşı başqa məsələ ilə bağlı olsa da sanksiya məsələsi gündəmdədir. Bir erməni kloun Azərbaycan bayrağını yandırmağa qərar verdi, nəticədə isə öz ölkəsinin gələcəyini və perspektivlərini də yandırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti