...

Özbəkistan və Türkmənistanın TÜRKPA-ya üzv olmasını istəyirik - Osman Mesten

Siyasət Materials 4 Mart 2024 11:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan və Türkmənistanın TÜRKPA-ya üzv olmasını istəyirik.

Trend xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputat Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib.

“Azərbaycan-Ermənistan münasibətlərinə gələrkən deyə bilərəm ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır. Bundan əlavə, hazırda Özbəkistan və Türkmənistanın təşkilatda müşahidəçi qismində iştirak edir. Biz istəyirik ki, onlar da bizim təşkilata üzv olsunlar. Bizim birlikdə olmağımız dosta qüvvət, düşmənə mesajdır".

Xəbər lenti

Xəbər lenti