Bakı. Trend:
Müsəlmanların özlərini müdafiə etməyə ehtiyacı yoxdur. Onlar özlərini “bizim də insan haqlarımız var” deyə özlərini müdafiə etməməlidir.
Trend xəbər verir ki, Qətər Universitetində Tədqiqatlar Mərkəzi direktoru prof. Mahjoob Ahmed Suleman Zweiri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Bizim dinimiz bəşəriyyətə, insanlara hörmət edir. Lakin onlar bizə hörmət edir mi? Yox! İslam, müsəlmanlar bir faktır. Bizə ədalətdən danışanlar özlərinə baxsınlar. Müsəlmanlara adaptasiyadan dərs keçənlər tarixə baxsınlar.
Ali təhsil artıq tənqidi düşüncə tərzinə çevrilib. Təhsil fərqlilikləri qəbul etməyi, ayrıseçkilik edilməməsini öyrədir amma cəmiyyəti özləri bölməyə çalışır”,- deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
