Bakı. Trend:
Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib.
Trend xəbər verir ki, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.
32 deputat bitərəf qalıb.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamə layihəsində deyilir.
