...

Gürcüstan regionda sülhün təmin edilməsinə töhfə verməyə hazırdır - İlia Darçiaşvili

Siyasət Materials 15 Mart 2024 11:47 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan regionda sülhün təmin edilməsinə töhfə verməyə hazırdır.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.

“Gürcüstan regionda sülhün təmin edilməsinin tərəfdarıdır və bu prosesə töhfə verməyə hazırıdr”, - deyə nazir bildirib.

Darçiaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid etdiyini vurğulayıb.

Nazir həmçinin tərəflərin regional layihələri müzakirə etdiyini qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti