Xankəndi. Trend:
Aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var. Onların bir çoxu ilə investor kimi işləyirik.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“Biz böyük beynəlxalq qruplar vasitəsilə sərmayələr yatırırıq. Biz, eyni zamanda, xarici investorları enerji sektoruna cəlb edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.