...

Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq

Siyasət Materials 20 İyul 2025 19:00 (UTC +04:00)
Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1433 nəfərdən ibarət 327 ailə köç edib. Bu ilin sonunadək Xocalıya daha 400 ailə də qayıdacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.

Xüsusi nümayəndə, forum iştirakçılarına-- yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, Xocalı faciəsi qurbanlarının sayı barədə də məlumat verib.

Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək.Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.

Xəbər lenti

Xəbər lenti