...

Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq - FƏRMAN

Siyasət Materials 22 İyul 2025 16:13 (UTC +04:00)
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq - FƏRMAN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə yerli mal hesab ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti