...

Prezident İlham Əliyev: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib

Siyasət Materials 12 Noyabr 2025 12:26 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Ölkə Prezidenti bildirib ki, bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva edib.

Xəbər lenti

Xəbər lenti