...

İLYULUN 23-DƏ QARABAĞIN AZADLIĞI TƏLƏBİ İLƏ YÜRÜŞ-MİTİNQ KEÇİRİLƏCƏK

Siyasət Materials 1 İyul 2005 13:15 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) iyulun 23-də Bakıda Qarabağın azadlığı tələbi ilə yürüş-mitinq keçirəcək. Bu barədə Trend ə QAT-ın mətbuat xidmətindən məlumat verilib.

İyulun 1-də aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, iyulun 23-də saat 17.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığındankı meydandan başlayaraq "Qələbə" kinoteatrının qarşısınadək yürüş-mitinq keçiriləcək. Aksiyada 10 min nəfərin iştirakı nəzərdə tutulur. Mitinqdə "erməni işğalına son qoyulsun!", "Qarabağa azadlıq!", "Beynəlxalq təşkilatların ikili standartlar siyasətini rədd edirik!", "Qarbağla bağlı mənasız danışıqlara son qoyulsun!" və digər şüarlar səsləndiriləcək. Aksiyada Qarabağ problemi ilə bağlı ölkədə ictimai-siyasi vəziyyət, parlament seçkiləri və Qarabağ, münaqişənin həlli yolları barədə çıxışlar ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciətdə yürüş-mitinqin keçirilməsinə şəraitin yaradılması üçün müvafiq tapşırıqların verilməsi xahiş olunur.

Qeyd edək ki, iyulun 23-ü Ağdamın ermənilər tərəfindən işğalının 12-ci ildönümüdür. Həmin gün aksiya keçirməkdə məqsəd cəmiyyətin diqqətini Qarabağın işğalı faktına yönəltmək, bu məsələnin gündəmdən düşməməsinə və seçki ərəfəsində arxa plana keçməməsinə çalışmaqdır.

Xəbər lenti

Xəbər lenti