...

AŞPA-NIN MONİTORİNQ QRUPUNUN BAKI İCLASI NIN PROQRAMI ZƏNGİN OLACAQ

Siyasət Materials 1 İyul 2005 14:53 (UTC +04:00)
AŞPA-NIN MONİTORİNQ QRUPUNUN BAKI İCLASI NIN PROQRAMI ZƏNGİN OLACAQ

İyulun 5-də Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası keçiriləcək. Trend in məlumatına görə, bu barədə iyulun 1-də "Yeni Azərbaycan" partiyasının mənzil-qərargahında mətbuat konfransı keçirən Azərbaycanı parlamentinin AŞBA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib.

Onun sözlərinə görə, iclas "Hyatt Regency" mehsanxanasında keçiriləcək və iclasın iştirakçıları artıq iyulun 2-dən Bakıya gəlməyə başlayacaqlar. İclasın özü iyulun 5-də səhər başlayacaq. Əvvəlcə Monitorinq Komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunmuş partiyaların nümayəndələrilə, daha sonra digər siyasi partiyalarla görüşünün keçirilməsi nəzərdə tutulub. İlk dəfə olaraq İlk dəfə olaraq AŞPA və həmçinin qeyri-hökumət təşkilatları tərfindən seçilmiş KİV nümayəndələrinin özləri ilə müzakirələr aparılacaq.

Günün ikinci yarısı Mərkəzi Seçki Komissiyası (MSK), DİN, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliynin rəhbərləri ilə görüşlər keçiriləcək. İclasın nəticələrinə üzrə mətbuat konfransının keçirilməsi planlaşdırılıb.

S.Seyidov iyulun 4-də Bakıda keçiriləcək AŞPA-nın qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin iclasını da əhəmiyyətli adlandırıb.

Xəbər lenti

Xəbər lenti