...

"İCTİMAİ LİDERLƏR" BİRLİYİ QHT-LƏRİN SEÇKİ BLOKLARINI BİR ARAYA GƏTİRİR

Siyasət Materials 1 İyul 2005 16:50 (UTC +04:00)

"İctimai Liderlər" Birliyi parlament seçkiləri ilə bağlı qeyri-hökumət təşkilatlarının seçki bloklarını bir araya gətirmək üçün tədbirlər görəcək. Bu barədə Trend ə "İctimai Liderlər" Birliyindən məlumat verilib. Bu qurum iyulun 7-də "QHT sektorunun seçkilərdə fəaliyyətinin koordinasiyası" mövzusunda dəyirmi masa keçirəcək.

"İctimai Lider" Birliyi Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarının (QHT) vahid mövqedən çıxış etməsini, birləşməsini zəruri sayır.

Qeyd edək ki, bu il keçiriləcək parlament seçkisində iştirak etməyə qərar verən QHT-lər ayrı-ayrılıqda 10-a yaxın seçki bloku yaradıblar. "İctimai Liderlər" Birliyi isə hesab edir ki, QHT-lər seçkidə ümumi marağı və ümumi mövqeyi naminə seçki prosesində pərakəndə deyil, vahid qüvvə kimi çıxış etməlidirlər. Buna görə də bu blokların fəaliyyətinin koordinasiyasına ciddi ehtiyac var. "İctimai Liderlər" seçkilərin birgə monitorinqi, "exit-poll"ların təşkili, namizədlərin razılaşdırılması və onların birgə müdafiəsi sahəsində bütün QHT-lərin və onların bloklarının əməkdaşlığını vacib sayır. Buna görə də onların seçkiqabağı bir araya gətirilməsinə çalışacaq.

Xəbər lenti

Xəbər lenti