...

MEHMET ƏLİ TƏLƏT İLHAM ƏLİYEVİH ŞİMALİ KİPR HAQQIHDA BƏYAHATIHA YÜKSƏK QİYMƏT VERİB

Siyasət Materials 1 İyul 2005 19:00 (UTC +04:00)
MEHMET ƏLİ TƏLƏT İLHAM ƏLİYEVİH ŞİMALİ KİPR HAQQIHDA BƏYAHATIHA YÜKSƏK QİYMƏT VERİB

Kiprli türklər Azərbaycan prezidenti İlham Əliyevin
bəyanatının gerçəkləşdirilməsində konkret addımları gözləyir. Trend agentliyi "Sabah" qəzetinə istinadən xəbər verir ki, iyulun 1-də bu barədə Şimali Kipr Türk Respublikasının lideri Mehmet Əli Tələt jurnalistlərlə söhbətində bildirib.

O, Azərbaycan prezidentinin Bakı ilə Lefkoşa arasında birbaşa hava yolunun açılması məsələsi ilə bağlı dediyi sözlərə yüksək qiymət verib.

"Vacib addımlar.Vacib qərarlar.Mən ümid edirəm ki, dünyanın bütün dövlətləri Şimali Kiprin təcrid olunmasının aradan qaldırılması üçün eyni qərarlar qəbul edəcək" -deyə Şimali Kiprin lideri bildirib.

O, "müsbət bəyanatlar"ın gerçəkləşdirilməsində konkret qərarların qəbul edilməsinin vacibliyini qeyd edib. "Sözsüz ki, Bakının Şimali Kiprə birbaşa reyslərə başlanılmasına icazə verməsi bizim üçün böyük əhəmiyyət kəsb edir" -deyə sonda M.A.Tələt qeyd edib.

Xəbər lenti

Xəbər lenti