...

DEMOKRATİK İSLAHATLAR PARTİYASI TƏSİS QURULTAYI KEÇİRİB

Siyasət Materials 4 İyul 2005 13:39 (UTC +04:00)
DEMOKRATİK İSLAHATLAR PARTİYASI TƏSİS QURULTAYI KEÇİRİB

İyulun 4-də Demokratik islahatlar partiyasının (DİP) qurultayı keçirilib. Trend in məlumatına görə, səhər saat 10.00 radələrindən qurultiay işinə başlayıb Azərbaycanın və Avropanın himnlərinin səslənməsi ilə açılış olub. Mandat komissiyası, redaksiya komissiyası, say komissiyasının üzvləri seçilib.

Mandat komissiyasının sədri İlqar Huseynov seçilib. O, mandat komissiyası haqqında qurultiay iştirakçılarına məlumat verib. İ.Hüseynov bildirib ki, qurultaya 150 nəfər nümayəndə seçilib. Onlardan 138 nəfəri iştirak edir, 12 nəfər üzürlü səbəbdən qatılmayıb. O mandat komissiyasının qərarını elan edib: qurultay nümayəndələrinin səlahiyyətləri təsdiq olunsun və qurultay baş tutmuş sayılsın.

Qurultayda xarici ölkə parlamentlərinin nümayəndələri də iştirak ediblər. Belçika parlameninin senatoru Tau Villi ölkəsinin liberal partiyasından və liberal dəyərlərindən danışıb. Onun fkrincə, ölkədə liberal demokratiya güclüdürsə, həmin ölkədə hakimiyyət də bu formadadır. O, yaranan partiyaya Azərbaycan xalqı tərəfindən seçilən, qazandığı səsləri qanuni olan, xalqın iradəsini ifadə edə bilən, kasıb təbəqəni qoruyan, orta sahibkarlara, ziyalılara arxalanan aparıcı qüvvəyə çevirməsini arzu edib.

Gürcüstan parlamentinin insan haqqları komitəsinin sədri Yelena Qevdoradze DİP-də gənclərin üstünlük təşkil etdiyini müsbət qiymətləndirib. Qarabağ münaqişçsinin həllini, torpaqların geri qayıtmasının vacibliyini qeyd edib, ölkədə müxalifətin rolunun önəmli olduğunu qeyd edib. Gürcüstanlı parlamentariyinin fikrrincə, Azərbaycanda dövlət səviyyəli mühüm problem həll edildikdən sonra, müxalifət də prezident İlham Əliyevin ətrafında olacaq.

YAP-ın siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə DİP-in yeni formada siyasi meydana qədəm qoyması, Avropa dəyərlərinə üstünlüük verməsi, gəncləri siyasətə dəvət etməsi baxımından maraq doğurduğunu bildirdi. O yeni partiyanın hakimiyyətə münasibətdə obyektiv müxalifət, ağıllı rəqib olmağı, parlamentdə qazanacağı mandatı qorumağı arzu edib. "YAP sizinlə mübarizədə nə qədər çətin olsa da, həm vuruşmağa, həm də əməkdaşlıq etməyə hazırdır".

Vətəndaş həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda demokratik dəyərlərə söykənən yeni partiya yarandığını vurğulayıb, xalqın intellektinə, gücünə arxalanan partiyaya ehtiyac olduğunu deyib.

Asim Molldazadənin cəsarətli, intellektli siyasətçi olduğunu qeyd edərək DİP-in Azərbaycanın siyasi mühitində yeni ab-hava yaradacığını bildirib.

Azərbaycan yahudi icmasının rəhbəri Semyon İxilov Azərbaycanın güclü prezidenti və hər cür imkanları olduğunu deyərək, yeni yaranan partiyaya torpaqlarımızın azad edilməsi, qaçqınların öz yurd-yuvalarına qayıtması və digər problemlərin həllində prezidentə köməklik göstərməyi tövsiyyə edib.

Politoloq Zərduşt Əlizadə Azərbaycanda demokratik islahatlar üçün çətin şərait olduğunu və buna görə də DİP-i çətin bir mübarizə gözlədiyini bildirib. Danimarka parlamentarisi Xanne Severinsem Azərbaycanda qarşıdan gələn seçkinin monitorinqində iştirak edəcəyini bildirib, yeni partiyanın, onun təsisçi Asim Mollazadənin bu seçkidə aparıcı qüvvəyə çevriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra partiyanın Nizamnaməsi səsə qoyularaq qəbul edilib. Partiyanın sədrliyinə A.Mollazadənin namizədliyi irəli sürülüb, qurultay iştirakçılarının yekdil qərarı ilə o partiyanın sədri seçilib.

Qurultay iştirakçıları qarşısında çıxış edən A.Mollazadə ilk olaraq mediyanın fəaliyyətini müsbət qiymətləndirib, söz azadlığının qorunmasında, siyasətçilərin fəaliyyətinin xalqa çatdırılmasında böyük rol oynadığını vurğulayıb. O bildirib ki, ölkədə liberal dəyərlər, insan azadlığı, tolerantlıq mövcud olmalı, iqtisadi, soial hüquqlar qorunmalı, başqa xalqların dəyərlərinə hörmətlə yanaşılmalı, ölkədə vətəndaşlar millətindən, dinindən asılı olmayaraq dövlət idarəçiliyinə cəlb olunmalıdır. "Azərbaycanın gözəlliyi də mili azlıqların çoxluğu, rəngarəngliyindədir. Bizim əsas şuarlarımız mülkiyətin toxunulmazlığı, orta sahibkarların hüquqlarının qorunması, onlara şəraitin yaradılması, iqtisadiyyatı, siyasəti idarə edə bilən şəxslərin irəli çəkilməsi, ölkədə dövlət idarəetmə sisteminin dəyişməsi, dövlətin üzünü vətəndaşlara çevirməsidir. Kasıb təbəqənin səviyyəsinin qaldırılması üçün orta təbəqə güclənməlidir. Biz indiki idarəetməyə "bəsdir" deməklə problemlərin həllinə, sosial iqtisadi islahatlara dair öz proqramla

rımızı irəli sürürük. Ərazi bütövlüyümüzün bərpası üçün sülh danışıqlarının sonadək davam etdirilməsini, həmçinin ordumuzun gücləndirilməsini vacib sayırıq. Azərbaycan Avropaya təkcə enerji ehtiyatları ilə yox, həm də zəngin mədəniyyəti ilə inteqrasiya etməlidir. Biz hesab edirik ki, əsl inqilab şüurda olmalıdır. Biz demokratik islahatlarla inqilab edəcəyik".

Partiyanın nəzarət-təftiş komissiyası formalaşdırılıb, Çinqiz Abdullayev, Roman Temnikov və İlkin Həsənov üzv seçiliblər. Partiyanın siyasi şürasına isə Asim Molazadə, Rauf Talışınskiy, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Elxan Ağamirzəyev, Gülnarə Məmmədzadə, Murad Rəhimov, Mərdan Əfəndiyev, Eldar Cəhangirov və İlqar Hüseynov üzv seçiliblər.

Xəbər lenti

Xəbər lenti