...

QULAMHÜSEYN ƏLİBƏYLİ: AŞ PA-DAKI AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN MANDATININ TƏSDİQLƏNMƏMƏSİNƏ DAİR DANIŞIQLARIN VAXTI DEYİL

Siyasət Materials 4 İyul 2005 16:40 (UTC +04:00)

Azərbaycandakı parlament seçkiləri Avropa normalarına cavab verməsə, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) təşkilatdakı yeni nümayəndə heyətinin mandatının təsdiqlənməməsi məsələsini müzakirə edə bilər. Bu barədə Trend ə AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Qulamhüseyn Əlibəyli bildirib.

AŞ PA-nın Azərbaycan üzrə yay sessiyasının qərarlarına toxunan Q.Əlibəyli deyib ki, qətnamələrdə önəm verilən maddəyə əsasən, "AŞ PA noyabr seçkilərinin demokratik normalara cavab verəcəyinə ümid edir ki, Azərbaycan parlament nümayəndə heyətinin mandatı gələcəkdə sual altına qoyulmasın".

"Bakının ünvanına hər hansı bir beynəlxalq sanksiyalar haqqında danışmaq tezdir", -deyə Q.Əlibəyli bildirib. Deputatın fikrincə, AŞ PA Bakıya münasibətdə hər hansı bir məhdudiyyətin qoyulmasında deyil, Azərbaycanda demokratik dəyərlərin bərqərar olunmasında maraqlıdır.

"AŞ PA-nın mövqeyi razılaşdırılıb və beynəlxalq qurumların hər hansı bir tövsiyyəsini nəzərə almaq tələbindən ibarət deyil", - deyə Q.Əlibəyli bildirib. Onun dediklərinə görə, Avropa Şurası üçün ən əsası demokratik seçkiqabağı mühitin yaradılması, şəffaf və ədalətli səsvermə prossesinin təşkilidir.

Xəbər lenti

Xəbər lenti