...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ TƏSİS QURULTAYI KEÇİRİLDİ

Siyasət Materials 4 İyul 2005 18:01 (UTC +04:00)
DEMOKRATİK İSLAHATLAR PARTİYASININ  TƏSİS QURULTAYI KEÇİRİLDİ

İyulun 4-də Demokratik İslahatlar Partiyasının (DİP) qurultayı keçirilib. Trend in məlumatğına görə, səhər saat 10.00 radələrindən qurultiay işinə başlayıb. Azərbaycanın və Avropanın himnlərinin səslənməsi ilə açılış olub.
Partiyanın təsis olunduğu üçün mandat komissiyasının, redaksiya komissiyası və say komissiyasının üzvləri seçilib.

Mandat komissiyasının sədri İlqar Huseynov seçilib. O mandat komissiyası haqqında qurultiay iştirakçılarına məlumat verib.

İ.Hüseynov bildirib ki, qurultaya 150 nəfər nümayəndə seçilib. Onlardan qurultayda 138 nəfəri iştirak edir, 12 nəfər üzürlü səbəblərdən onun işinə qatılmayıb. O, mandat komissiyasınnı qərarını elan edib:qurultay nümayəndələrinin səlahiyyətləri təsdiq olunsun və qurultay baş tutmuş sayılsın.

Qurultayda xarici ölkə parlamentlərinin nümayəndələri də iştirak ediblər. Belçika parlameninin senatoru Tau Villi ölkəsinin liberal partiyasından və liberal dəyərlərindən danışıb.

Onun fkrincə, ölkədə liberal demokratiya güclüdürsə, həmin ölkədə hakimiyyət də bu formada ola bilər. O, yaranan partiyaya Azərbaycan xalqı tərəfindən seçilən , qazandığı səsləri qanuni olan, xalqın iradəsini ifadə edə bilən, yoxsul təbəqəni qoruyan, orta sahibkarlara, ziyalılara arxalanan aparıcı qüvvəyə çevirməyini arzu edib.

Gürcüstan parlamentinin insan haqqları komistəsinin sədri Yelena Qevdoradze DİP-də gənclərin üstünlük təşkil etdiyini müsbət qiymətləndirib. Qarabağ münaqişçsinin həllinin, torpaqların geri qayıtmasının vacibliyini qeyd edib, ölkədə müxalifətin rolunun önəmli olduğunu qeyd edib.

Gürcüstanlı parlamentarinin fikrrincə, Azərbaycanda dövlət səviyyfəli mühüm problem həll edildikdən sonra, müxalifət də prezident İlham Əliyevin ətrafında olacaqlar.

YAP-ın siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə DİP-in yeni formada siyasi meydana qədəm qoyması, Avropa dəyərlərinə üstünlük verməsi, gəncləri siyasətə dəvət etməsi baxımından maraq doğurduğunu bildirib.

O, yeni partiyanın hakimiyyətə münasibətdə obyektiv müxalifət, ağıllı rəqib olmağı, parlamentdə qazanacağı mandatı qorumağı arzu edib. "YAP sizinlə mübarizədə nə qədər çətin olsa da, həm vuruşmağa, həm də əməkdaşlıq etməyə hazırdır".

Vətəndaş həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüystəmxanlı Azərbaycanda demokratik dəyərlərə söykənən yeni partiya yarandığını, xalqın intellektinə, gücünə arxalanan partiyaya ehtiyac olduğunu vurğulayıb.

Asim Molldazadənin cəsarətini,intellektliyi siyasətçi olduğunu qeyd edərək DİP-in Azərbaycan siyasi mühitində yeni ab-hava yaradacığını bildirib.

Azərbaycan yəhüdi icmasının rəhbəri Semyon İhilov Azərbaycanın güclü prezidenti və hər cür imkanları olduğunu deyərək yeni yaranan partiyanın torpaqlarımızı azad etmək, qaçqınların öz yurd-yuvalarına qayıtmaq və d. problemlərin həllində prezidentə kömək etməyi tövsiy edib.

Politoloq Zərduşt Əlizadə Azərbaycanda demokratik islahatlar üçün çətin şərait olduğunu və buna görə də DİP-i gərginn bir mübarizə gözlədiyini bildirib.

Danimarka parlamentarisi Xanne Severinsem Azərbaycanda qarşıdan gələn seçkinin monitorinqində iştirak edəcəklərini bildirib, yeni partiyanın, onun təsisçisi Asim Mollazadənin bu seçkidə aparıcı qüvvəyə çevriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra partiyanın Nizamnaməsi səsə qoyularaq qəbul edilib. Partiyanın sədrliyinə A.Mollazadənin namizədliyi irəli sürülüb, qurultay iştirakçılarının yekdil qərarı ilə o partiyanın sədri seçilib.

Qurultay iştirakçıları qarşısında çıxış edən A.Mollazadə ilk olaraq mediyanın fəaliyyətini müsbət qiymətləndirib, söz azadlığının qorrunmasında siyasətçilərinin fəaliyyətinin xalqa çatdırılmasında böyük rol oynadığını vurğulayıb.

O bildirib ki, ölkədə liberal dəyərlər, insan azadlığı, tolerantlıq mövcud olmalı, iqtisadi, soial hüquqlar qorunmalı, başqa xalqların dəyərlərinə hörmətlə yanaşılmalı, ölkədə millətindən, dinindən asılı olmayaraq vətəndaşlar dövlət idarəçiliyinə cəlb olunmalıdır. "Azərbaycanın gözəlliyi də milli azlıvqların çoxluğu, rəngarəngliyindədir.

Bizim əsas şuarlarımız mülkiyyətin toxunulmazlığı, orta təbəqənin, sahibkarların hüquqlarının qorunması, onlara şərait yaradılması, iqtisadiyyatı, siyasəti idarə edə bilən menecmentlərin irəli çəkilməsi, ölkədə dövlət idarəetmə sisteminin dəyişməsi, dövlətin üzünü vətəndaşlarına çevirməsidir.

Kasıb təbəqənin səviyyəsinin qaldırılması üçün orta təbəqə güclənməlidir. Biz indiki idarəetməyə "bəsdir" deməklə bərabər problemlərin həllinə, sosial iqtisadi islahatlara dair öz proqramlarımızı irəli sürürük. Ərazi bütövlüyümüzün bərpası üçün sülh danışıqlarının sonadək davam etdirilməsini, həmçinin ordumuzun güclənməsini vacib sayırıq.

Azərbaycanı Avropaya təkcə enerji ehtiyatlarına görə yox, həm də zəngin mədəniyyəti ilə inteqrasiya etməlidir. Biz hesab edirik ki, əsl inqilab şüurda olmalıdır. Biz demokratik islahatlarla inqilab edəcəyik".

Partiyanın nəzarət-təftiş komissiyası formalaşdırılıb, Çinqiz Abdullaev, Roman Temnikov və İlkin Həsənov üzv seçiliblər. Partiyanın siyasi şürasına isə Asim Molazadə, Rauf Talışınski, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin,Elxan Ağamirzəyev, Gülnarə Məmmədzadə, Murad Rəhimov, Mərdan Əfəndiyev, Eldar Cəhangirov və İlqar Hüseynov üzv seçiliblər.

Xəbər lenti

Xəbər lenti