...

AZƏRBAYCAN PREZİDENTİ AIROPA DEMOKRATLAR QRUPUNUN BAŞÇISINI QƏBUL EDİB

Siyasət Materials 4 İyul 2005 19:00 (UTC +04:00)

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki vacib strukturunun iclasının keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti vardır. Trend agentliyi xəbər verir ki, iyulun 4-də bu barədə Azərbaycan prezidenti İlham Əliyev AŞPA Avropa demokratları qrupunun rəhbəri Mixail Marqelovu qəbul edərkən bildirib.

O, qeyd edib ki, Bakıda qaçqınlar üzrə Komitənin seminarı və AŞPA Monitorinq komitəsinin iclası keçirilir.Dövlət başçısı əmin olduğunu bildirib ki, bu tədbirlər Azərbaycanla Parlament Assambleyası arasında əməkdaşlığın inkişafında vacib rol oynayır.

İ.Əliyev AŞPA çərçivəsində öz fəaliyyətini və bu təşkilatla Azərbaycan arasında səmərəli işi məmnunluqla xatırlayıb. O, qeyd edib ki, AŞPA-da Azərbaycan və Rusiya parlamentariləri arasında da yaxşı əlaqələr mövcuddur.O, M.Marqelovu Avropa demokratlar qrupunun başçısı seçilməsi münasibətilə təbrik edib və müvəffəqiyyətlər arzulayıb.

M.Marqelov Azərbaycanla AŞPA arasında məhsuldar əməkdaşlığın olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti