...

ABŞ HELSİNKİ KOMİSSİYASININ HƏMSƏDRİ TƏƏSSÜFLƏ BİLDİRİB Kİ, MİLLİ MƏCLİS IENESİYA KOMİSSİYASININ ƏSAS TƏKLİFLƏRİNİ QƏBUL ETMƏYİB

Siyasət Materials 4 İyul 2005 19:10 (UTC +04:00)

ABŞ Helsinki komissiyasının həmsədri, Konqres nümayəndələri Palatasının üzvü Kris Smit Iaşinqtonda ATƏT-in Parlament Assambleyasının illik iclasında iştirak edən Azərbaycan parlamentarilərinin deputat Səttar Səfərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend agentliyi xəbər verir ki, K.Smit öz təəssüfünü bildirib ki, Azərbaycan parlamenti Seçki məcəlləsinə Avropa Şurası Ienesiya komissiyasının əsas təkliflərinin daxil edilmədiyi dəyişikliklər layihəsini təsdiq edib.

Onun sözlərinə görə, Ienesiya komissiyası, ATƏT-in demokratik institutlar və insan hüquqları Bürosunun artıq neçə illərdir tövsiyələrinə baxmayaraq Bakının seçki komissiyalarının tərkibini dəyişməkdən imtina etməsi xüsusi problemdir.

K.Smit həmçinin bəyan edib ki, 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq deyildi. "Bu, yenidən baş verməməlidir".O, ümid etdiyini bildirib ki, noyabrda keçiriləcək seçkilər müxalifətin bərabər əsasda tam iştirakı ilə "şəffaf, azad və ədalətli," olacaq.

Xəbər lenti

Xəbər lenti