...

ROBERT MƏLİK-PAŞAYEI: ERMƏNİLƏRƏ DÜŞMƏN GÖZÜ İLƏ BAXMAĞINIZ XOŞUMA GƏLMƏDİ

Siyasət Materials 4 İyul 2005 19:25 (UTC +04:00)

"Bakıda olduğun ilk andan onu hissi edirəm ki, siz azərbaycanlılar ermənilərə düşmən gözü ilə baxırsınız. Bu mənim xoşuma gəlmir". Bunu Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Miqrasiya, Qaçqınlar və Əhali məsələləri komitəsinin Azərbaycan Respublikası Milli Məclisi ilə birgə iyulun 4-də, "Hyatt Regency" mehmanxanasında "Cənubi Qafqazda köçgün düşmüş əhali" mövzusunda keçirdiyi seminarda iştirak etmək üçün Bakıya gəlmiş Ermənistanın "Ieradarts Haik" qeyri-hökumət təşkilatının nümayəndəsi Robert Məlik-Paşayev Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, münaqişənin üstündən 15 il ötdükdən sonra indi tərəflər onu alovlandırmağa yox, əksinə həll etməyə çalışmalıdırlar.

"Münaqişənin baş verməsində hər hansı bir tərəfi günahkar hesab etmək fikrindən uzağam. Belə ki, hadisələr baş verən zaman mən Azərbaycanda olmuşam, buradan köçüb Ermənistana getmişəm.

Odur ki, hər şeyi öz gözümlə görmüşəm. Azərbaycanın, eləcə lə Ermənistanın ziyalılarının bu münaqişənin daha da alovlanmasının qarşısını almaq üçün hansı işləri görüklərindən yaxşı xəbərdaram. Daha bəsdir, yetər qarşı tərəflərin biri-birini günahlandırdığı.

İndi danışıq masası arxasında oturub, münaqişənin necə həll etməyin yollarını aramaq zamanı çatmışdır.Bir-birinə hörmətlə yanaşıb, münaqişənin həllinə tez nail olmağa çalışmaq lazımdır. Bu təkcə mənim fikrim deyildir, Ermənistanda yaşayanların əksəriyyəti mənim kimi düşünür",-deyə Robert Məlik-Paşayev vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti