...

İLYAS İSMAYILOV: MÜXALİFƏTİN SEÇKİ BLOKLARININ BİRLƏŞMƏSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

Siyasət Materials 5 İyul 2005 15:03 (UTC +04:00)

Parlament seçkisində əməkdaşlığa dair ikitərəfli saziş imlamış Böyük Quruluş Partiyası ilə Ədalət Partiyası bir seçki blokunda təmsil oluna bilərlər. Lakin Ədalət Partiyasının sədri İlyas İsmayılov Trend ə bildirib ki, bu məsələdə partiya rəhbərlərinin mövqeyi fərqlidir.

Onun sözlərinə görə, Böyük Quruluş Partiyası "Ədalət"lə bir bllokda təmsil olunmağa deyil, yalnız ikitərəfli müqaviləyə üstünlük verib. Ona görə də yeni adda və formatda seçki blokunun yaradılması gözlənilmir. İlyas İsmayılov sadəcə "müqavilə bağlamışıqsa, deməli münasibətlərimiz çox yaxşıdır" deməklə kifayətlənib.

Ədalət Partiyasının da təmsil olunduğu Demokratik Azərbaycan Blokunun (DAB) genişlənməsinə gəldikdə, İlyas İsmayılov bildirib ki, blok hələlik dörd partiyadan ibarət olaraq qalacaq. Lakin seçki yaxınlaşdıqca, DAB-a digər partiyalar da qoşula bilər.

Müxalifətdə təmsil olunan ayrı-ayrı seçki bloklarının birləşməsi, bu düşərgənin seçkidə bütün dairələr üzrə vahid namizədlər siyahısı üzrə iştirak etməsini isə İ.İsmayılov real saymır. "Seçki bloklarının birləşməsindən söhbət gedə bilməz. Biz həminə qarşımıza maksimalist məqsədlər qoyuruq, lakin sonra onun həyata keçməsi çətinləşir. Müxalifət qüvvələrinin də bütünlüklə birləşməsi çox çətin məsələdir" - deyə Ədalət Partiyasının sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti