...

AŞ PA MONİTORİNQ KOMİTƏSİNİN ÜZVLƏRİ MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 5 İyul 2005 16:09 (UTC +04:00)

İyulun 5- də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin üzvləri "Azadlıq" blokuna daxil olan müxalifət partiyalarının liderləri ilə görüşüb. Bu haqda Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının (AXCP(i)) sədri, millət vəkili Əli Kərimli Trend ə bildirib.

Onun sözlərinə görə, görüşdə həmçinin "Azadlıq" blokuna daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Demokrat Partiyası sədrinin 1-ci müavini Sərdar Cəlaloğlu da iştirak edib.

"Görüşdə AŞ PA Monitorinq Komitəsinin sədri və qurumun üzvləri, həmçinin, Azərbaycanda fəaliyyət göstərən səfirlər, eləcə də diplomatik korpusun əməkdaşları iştirak edirdilər. Görüşdə Azərbaycandakı seçkiqabağı vəziyyət ətraflı müzakirə olunub"- deyə Əli Kərimli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti