...

QAT ÜZVLƏRİ AŞPA-NIN BAKIDA KEÇİRİLƏN İCLASINDA ERMƏNİNİN İŞTİRAKINA ETİRAZ OLARAQ AKSİYA KEÇİRİB

Siyasət Materials 5 İyul 2005 16:42 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) alt komitəsinin Bakıda keçirilən konfransında Ermənistanın nümayəndəsinin də iştirakına etiraz əlaməti olaraq Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəal üzvü iyulun 5-də aksiya keçiriblər. Trend in məlumatına görə, QAT fəalları saat 12.00 radələrində AŞPA-nın Monitorinq Komitəsinin iclasının keçirildiyi "Hyatt Recency" otelinə gəliblər.

Onlar iclasının gedişinə mane olmağa çalışmaqla erməni nümayəndənin Bakıya gəlişinə etirazlarını bildiriblər. Lakin polis əməkdaşları və otelin mühafizəçiləri QAT üzvlərinə mane olmağa çalışıb. Dartışmalardan sonra QAT-çılardan bir neçə nəfər otelin içərisinə daxil olub. Burada iki nəfər polis, iki nəfər mülki geyimli şəxs aksiyaçıların qarşısını kəsib.

Millət vəkili Səməd Seyidov QAT üzvlərini qarşılayıb və bir neçəsini aşağı düşürüb. Millət vəkili QAT-çılara bildirib ki, Monitoriq Komitəsinin iclasında erməni nümayəndə iştirak etmir. Otelin yuxarı mərtəbəsində də binanın müzafiəzçiləri təşkilat fəallarına mane olublar. Digər millət vəkilləri Bəxtiyar Əliyev, Asim Mollazadə onları əmin edib ki, iclasda erməni nümayəndə iştirak etmir.

Qeyd edək ki, otelin qarşısına əlavə polis qüvvələri də gətirilib. Polis əməkdaşlarının aksiyaçılara qarşı zorakılıq tətbiq etməsinə millət vəkili Asim Mollazadə mane olub. Polis əməkdaşları və mühafizəçilərlə qarşıdurmada QAT fəalları yüngül xəsarət alıblar. Lakin polislər tərəfindən saxlanılan olmayıb.

Qeyd edək ki, iyulun 4-də "Hyatt Recensy" otelində AŞPA-nın

Miqrasiya, Qaçqınlar və Əhali Məsələləri Komitəsinin qaçqınlar üzrə alt komitəsinin iclası keçirilib və orada Ermənistanı təmsil edən Robert Melik Paşayev adlı erməni də iştirak edib. QAT fəalları əvvəldən də bəyan etdikləri kimi işğalçı ölkəni təmsil edən şəxsin ölkəmizə gəlməsinə və mötəbər tədbirdə iştirak etməsinə kəskin etirazını bildirib.

Xəbər lenti

Xəbər lenti