...

BAŞ PROKUROR ZAKİR QARALOV YEVLAXDA BÖLGƏ SAKİNLƏRİ ÜÇÜN QƏBUL KEÇİRƏCƏK

Siyasət Materials 5 İyul 2005 17:39 (UTC +04:00)

İyulun 8-də baş prokuror Zakir Qaralov Yevlax şəhərində ətraf rayonların sakinləri üçün qəbul keçirəcək.Bu haqda Trend ə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Yevlax rayon prokurorluğunun binasında keçiriləcək qəbulda həmçinin, Bərdə, Ucar, Tərtər və Ağdam rayonlarından gəlmiş vətəndaşlar da iştirak edə biləcəklər.

Məlumatda daha sonra, baş prokurorun qəbuluna gəlmək istəyən vətəndaşlırın qeydiyyatının və onların Yevlax şəhərinə gəlməsinin müvafiq rayon prokurorluğu tərəfindən həyata keçiriləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti